Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB
16 May 2022 10:23 İqtisadiyyat"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmaq qərarına gəlib.
Bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31