Beş ayda MDB ölkələri ilə ticarət dövriyyəsi 21% artıb
25 İyun 2013 16:04 İqtisadiyyatCari ilin yanvar-may ayları ərzində Azərbaycandan MDB ölkələrinə 629 mln. 607 min dollar həcmində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42%-dən çoxdur. Bu müddətdə MDB ölkələrindən idxalın həcmi isə 1 mlrd. 45 mln. 448 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12%-dək artım olduğunu göstərir. Məlumatda o da bildirilir ki, ilk beş ayda Azərbaycandan ixrac həcmi 10 mlrd. 365 mln. 804 min dollar, ölkəyə idxal isə 4 mlrd. 359 mln. 811 min dollar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31