"Çap mediasının dayanıqlığı, rəqabətə dözümlülüyü baxımından da bu qərar əhəmiyyətlidir"

"Bu qərar çoxdan gözlənilən bir qərar idi. Media subyektləri tərəfindən illərlə və dəfələrlə qaldırılmış bir məsələ idi. Parlament tribunasından belə bu təklif dəfələrlə səsləndirilib. Nəhayət ki, Baş nazir qərar imzaladı". 

Bu sözləri Olaylar.az-a açıqlamasında "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru Rəfael Becanov deyib.

"Çap mediasının durumunu hər kəs bilir. Problemlər çox, həll yolları məhduddur. İnternet medianın, sosial şəbəkələrin geniş vüsət aldığı bir dönəmdə çap mediasının vəziyyəti təbiidir. Yeni media ilə rəqabət aparmaq çətindir. Müasir oxucunun  tələbatı vaxt itirmədən, harasa getmədən tez və qısa informasiya almaqdır. Ona görə də print mediaya müxtəlif güzəştlərin tətbiqi önəmli  və vacibdir. Bu baxımdan qərarı müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bunu media islahatları çərçivəsində görülən növbəti tədbirlərdən biri hesab etmək olar. Çap mediasının dayanıqlığı, rəqabətə dözümlülüyü baxımından da bu qərar əhəmiyyətlidir. Qiymətlərin fantastik yüksəlməsinə çap mediasının imkanları adekvat deyil. Maya dəyərinin aşağı düşməsinə səbəb olacaq addımdır. Eyni zamanda mətbəələrin də fəaliyyətinə müsbət təsir edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31