Həkimlərdən başqa kimlərin maaşı artacaq?
13 May 2022 14:13 İqtisadiyyat"Azərbaycanda son bir il ərzində qeyri-tibb heyəti üzrə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu, təxminən 38 faiz artım deməkdir". "Olaylar" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili danışıb. "Həmçinin, maaşın yuxarı həddi 665 manatdan 7123 manata çatdırılıb. Orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata yüksəldilib. Mövcud sistem işlədikcə həkimlərlə yanaşı həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq", - komitə sədri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31