Dövlət XXidməti tərəfindən iki duz istehsalı müəssisəsinə qarşı iş qaldırılıb
13 May 2022 12:13 İqtisadiyyatİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.
"OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı "Azərbaycan Duz İstehsalat Birliyi" ASC və "SunFood" MMC tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31