"Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmini açıqlanıb
11 May 2022 18:45 İqtisadiyyat2022-ci ilin birinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 15,4 min barel neft ekvivalentinə bərabər olub.
Olaylar.az bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin birinci rübündə hasilat 20 min barelə bərabər idi.
Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 23 faiz azalıb.
Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31