Türkiyədə inflyasiya 70 faizə çatıb - Ən yüksək artım bu məhsullardadır
5 May 2022 13:59 İqtisadiyyatTürkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.
Apreldə illik inflyasiya 69,97 faiz olub. Aylıq müqayisədə isə qiymətlər 7,25% yüksəlib.
Türkiyədə istehsal xərclərində də bahalaşma güclənib. Rəsmi məlumata görə, istehsalçı qiymətlərdə illik artım 1995-ci ilin martından bəri ən yüksək artım olub.
TUİK-in məlumatına görə, istehsalçı qiymətləri indeksi apreldə 121,82 faiz (2,22 dəfə) artıb.
İstehlak qiymətlərində ən yüksək artım ərzaqda qeydə alınıb. Ərzaq inflyasiyası 90 faizə yüksəlib.
Məlumatlara görə, ötən ilin eyni ayına nisbətən ən çox artım müşahidə olunan əsas qruplar 105,86 faiz ilə nəqliyyat, 77,64 faizlə məişət malları olub. Ən aşağı illik artım isə 18,71 faizlə rabitənin əsas qrupunda olub.
TÜIK