Dollar kəskin BAHALAŞDI - AÇIQLAMA

Qlobal bazarların gözü ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün açıqlayacağı faiz qərarındadır.

Olaylar.az bildirir ki, FED-in toplantısından öncə dollar indeksi və qızılın qiyməti diqqət çəkib. Belə ki, dollar bütün dünyada bahalaşıb.

Dollar indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə - 104 punkta çatıb. Qızıl isə 1850 dollar qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsinə görüb.

Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti dünyada inflyasiyanı artırıb. Bu baxımdan FED-in faiz dərəcəsini ən azı 50% artıracağı gözlənilir.

Qeyd edək ki, FED mart ayında 3 ildən sonra ilk dəfə faiz dərəcəsini 25% artırmışdı.

*** 

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FRS) faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,5-0,75%-ə çatdırıb.

Olaylar.az xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

bizim.media

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31