Mərkəzi Bankın valyuta ehtiyatları 11 faizdən çox artıb

2022-ci il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,085 milyard dollar təşkil edib.

Olaylar.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 0,7 faiz azdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 11,28 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31