Baş bankirdən manatın məzənnəsilə bağlı açıqlama
29 Aprel 2022 13:47 İqtisadiyyatBu gün tədiyyə balansının, dövlət büdcəsinin profisitdə olmalarını, həmçinin yüksək inflyasiyanı nəzərə alsaq Mərkəzi Bank sabit məzənnə rejiminin davam etməsinin tərəfdarıdır."Olaylar" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında bildirib.Sədr əlavə edib ki, "üzən məzənnə rejiminə" keçmək üçün infrastrukturda fundamental dəyişikliklər, pul və maliyyə siyasətlərində ciddi dəyişikliklər olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31