İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün 203 min ha torpaq sahəsi ayrılıb

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə 203 min ha torpaq sahəsi ayrılıb. Bu barədə məlumat verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, bu ərazilər respublikanın Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ağcabədi, Hacıqabul, Samur, Şəki və Qax rayonları ərazisindən seçilib: "Bu proses iki mərhələyə bölünür. Birinci mərhələ təxminən 70 min hektarı əhatə edəcək ki, bu da 2013-cü ilə qədərki dövr üçün nəzərdə tutulur. Bu ona görə birinci mərhələ adlanır ki, həmin torpaqlara çox vəsait yatırmadan, çıx əziyyət çəkmədən  bu əraziləri əkin dövriyyəsinə qatmaq olar. İkincə mərhələ isa 2020-ci ilə qədərki dövrü  və 130 min ha ərazini əhatə edir. Bu ərazilərin əkin dövriyyəsinə qatılması üçün köklü surətdə meliorasiya və irriqasiya sistemi yaradılmalıdır. Çünki məqsəd hər hektardan 55-60 sentner taxıl almaqdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31