869 milyon manatlıq vəsaitin silindiyi aşkarlanıb

Hesablama Palatası ötən il 869 milyon manatlıq vəsaitin silindiyini aşkarlayıb. "Olaylar" xəbər verir ki, bununla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2021-ci ildə görülən işlər üzrə hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, ötən il aktivlərin tanınması üçün 869 milyon manat xərcləndiyi göstərilsə də, aktivlər tanınmayıb, sadəcə, pul silinib: "Yoxlamalarımız zamanı aşkarlanmış pozuntu haqqında təşkilatların, qurumların qarşısında şərt qoyulub ki, vəsait büdcəyə bərpa olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31