Əmlak icarəsindən büdcəyə daxilolmalar artıb
18 Aprel 2022 13:53 İqtisadiyyatAzərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb. "Olaylar" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib."Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 76,5 % artaraq 6 milyon 371,3 min manat olub", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31