Rusiya yükdaşımaların coğrafiyasını Azərbaycana doğru dəyişir
13 Aprel 2022 20:58 İqtisadiyyat"Rusiya Dəmir Yolları" (RDY) ASC dəmir yolu ilə yükdaşımaların coğrafiyasını dəyişir.
Olaylar.az bildirir ki, bu barədə şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov "TransRusiya" forumunda bildirib.
"İndi yük daşımalarının Qərbdən Şərqə, o cümlədən Trans-Xəzər marşrutları - Qazaxıstan, Azərbaycan vasitəsilə cənuba doğru dəyişdiyini görürük. Bu, yeni çağırışdır və biz buna hazırıq", - S.Pavlov deyib.
O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir, ona görə də şirkət şərq poliqonunun ötürücülük və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31