Samir Şərifov: “Azərbaycan iqtisadiyyatı dünyanın 46 ən rəqabətədavamlı iqtisadiyyatları sırasındadır”
20 İyun 2013 20:38 İqtisadiyyat"Cənubi Qafqazda hasil olunan ümumi daxili məhsulun 70 faizi Azərbaycanın payına düşür. Azərbaycan iqtisadiyyatı dünyanın 46 ən rəqabətədavamlı iqtisadiyyatları sırasındadır". Bunu maliyyə naziri Samir Şərifov Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib. S.Şərifov bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə gələcək 8-10 ildə Azərbaycanda qeyri-neft ümumdaxili məhsulun 2 dəfə artırılması, o cümlədən ölkədə sığorta bazarının daha da inkişafı, sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrar sığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi əsas hədəf kimi qarşıya qoyulub.S.Şərifov qeyd edib ki, son illərdə ən vacib məsələ sığorta bazarında prudensial nəzarətin gücləndirilməsi və konsolidasiya işləri olub. 2003-2012-ci illərdə sığorta şirkətlərinin minimum nizamnamə kapitalı 5 dəfə artıb. Bu müddətdə sığorta şirkətlərinin kapitallaşması 16 dəfə artaraq 18,4 milyon manatdan 300 milyon manata çatıb. Sığorta bazarının həcmi son 2 ildə 2 dəfə artmış və 2012-ci ildə 350 milyon avroya yüksəlib.