Rusiya Qroznıdan Bakıya reyslərə başlamağı planlaşdırır
8 Aprel 2022 19:59 İqtisadiyyatRusiyanın "Utair" aviaşirkəti may ayından başlayaraq Qroznı şəhərindən Azərbaycana müntəzəm reyslər həyata keçirməyi planlaşdırır.
Olaylar.az bildirir ki, bunu Rusiyanın Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov deyib.
Onun sözlərinə görə, Bakıya reyslərin işə salınması üçün "Utair" tərəfindən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə müvafiq müraciət olunub.
Qeyd edək ki, hazırda Azərbaycana "Aeroflot", "Air Arabia", "Air Astana", "Arkia", "Belavia", "FlyAristan", "Turkish Airlines", "Lufthansa" və digər şirkətlər uçuşlar həyata keçirir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31