“Azəriqaz”da media və QHT nümayəndələri ilə görüş keçiriləcək
31 Mart 2022 14:47 İqtisadiyyatSabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı" aksiyası keçiriləcək.
"OLAYLAR"-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31