Qeyri-neft sektoruna investisiya qoyuluşu artıb - Nazir

Qeyri-neft sektorunda əsas kapitala yönəldilmiş investisiyaların həcmində müsbət dinamika qeydə alınıb. "OLaylar"ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib. M.Cabbarov qeyd edib ki, 2022-ci ilin yanvar-fevral aylarında bu sektorda sərmayələrin artım tempi 12,1% təşkil edib. "ABƏŞ istisna olmaqla, özəl mülkiyyətli müəssisələrdə investisiyaların artım tempi isə 10,7% olub", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31