“LG” şirkəti Koreyada 1 milyon “Optimus G Pro” smartfonu satıb
19 İyun 2013 20:12 İqtisadiyyat"LG" şirkəti "Optimus G Pro" smartfonunun uğurları ilə bölüşüb. Sözügedən modelin satışlarına start verildiyi andan yalnız Cənubi Koreya ərazisində artıq 1 milyon aparat satılıb. "ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, gündəlik orta hesabla, təxminən 8 min smartfon satılır. Xatırladaq, "LG Optimus G Pro" smartfonu bu ilin fevralında təqdim edilib. Beləliklə, 1 milyon smartfonun satışına 4 ay vaxt lazım olub.
Müqayisə üçün qeyd edək ki, "Samsung" şirkəti 3 ay ərzində ərazisində 1 milyon "Galaxy Note II" smartfonu satıb. "LG Optimus G Pro" smartfonunun qlobal satış həcmi haqqında məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31