Azərbaycan nefti ucuzlaşır

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Olaylar.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 6,59 dollar azalaraq 117,28 dollar olub.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 111,92 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar azalaraq 105,37 dollar olub.
Dünyanın ən böyük neft idxalçısı Çində yeni növ koronavirusa yoluxanların artmasının narahatlıq yaratması və yeni karantin tədbirlərini gündəmə gətirməsi ilə neft qiymətləri ucuzlaşır. Koronavirus məhdudiyyətlərinin artırılması neftə olan tələbə ciddi təsir göstərə bilər.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31