Dollara tələbat artıb

Martın 29-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. "Olaylar"ın məlumatına görə, Mərkəzi Bankdan bildirilib ki, hərracda tələb 105 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31