Polşa aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirəcək

Polşanın "Polskie Linie Lotnicze" (LOT) aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya birbaşa aviareyslər həyata keçirəcək.

Olaylar.az bildirir ki, bu barədə aviaşirkətin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si Varşavanın Frederik Şopen adına hava limanından həyata keçiriləcək.

"Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək", - deyə açıqlamada deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31