Nazir qeyri-neft ixracının həcmini açıqladı
17 Mart 2022 15:53 İqtisadiyyatBu ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % artaraq 461,5 milyon ABŞ dolları təşkil edib. "Olaylar" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb. "Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir", - o qeyd edib.
Nazirin sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri neft-qaz sektoru üzrə əsas kapitala investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən bu ilin iki ayında 12,1 % artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31