Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi gündəmdədir
21 İyun 2012 18:14 İqtisadiyyatİyun ayının 20 və 21-də Vergilər Nazirliyinin Şamaxı rayonunun Pirqulu qəsəbəsində yerləşən Tədris Mərkəzində "Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi" mövzusunda seminar keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə bildirilib ki, ölkədə müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi və nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər biznes subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılması, habelə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edir. "Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu" mövzusunda "Milli kart" MMC-nin Əməliyyat şöbəsinin rəisi İlqar İbrahimovun, "Nağdsız hesablaşmaların stimullaşdırılması işində biznes ictimaiyyətinin mövqeyi" mövzusunda Amerika Ticarət palatasının (AMCHAM) siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürovun, "POS-terminallar vasitəsilə plastik kartlarla nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları" barədə "Atabank" ASC-nin Bank kartları departamentinin direktor müavini Kamran Şıxəliyevin, "POS-terminalların tətbiqi: mövcud vəziyyət və perspektiv imkanlar" mövusunda Kapital Bank" ASC-nin mütəxəssisi Ramil Məcidovun, "Elektron ticarət: mövcud vəziyyət və perspektivlər" mövzusunda təqdimatları dinlənilib. ("OLAYLAR"İA)