Gömrük orqanlarının büdcə ödənişi 15% artıb

Cari ilin yanvar-may ayları ərzində gömrük orqanlarından dövlət büdcəsinə 522,849 milyon manat vəsait daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. Hsabat dövründə gömrük oqranlarından əlavə dəyər vergisi (ƏDV) üzrə daxil olan məbləğ 404,658 milyon manat təşkil edib. Beş ayda gömrük rüsumları üzrə büdcəyə köçürülən məbləğ isə 94,491 milyon manat olub. Yanvar-may aylarında büdcəyə gömrük orqanlarından aksizlər üzrə16,940 milyon manat, yol vergisi üzrə 6,759 milyon manat vəsait daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31