Rusiya Ermənistanı paysız qoymaq istəyir
"Qazprom" "ArmRosqazprom" şirkətində payına 100% sahib olmaq istəyir
18 İyun 2013 16:50 İqtisadiyyatMoskvada "Qazprom" şirkətinin sədri Aleksey Millerlə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan arasında görüş keçirilib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər "Qazprom"un Ermənistanın enerji layihələrində iştirakı daxil olmaqla, energetika sahəsində Rusiya-Ermənistan münasibətlərinin inkişaf məsələlərini müzakirə ediblər.
"Görüşdə "Qazprom"un "ArmRosqazprom" şirkətində payının 100%-a qədər artırılması imkanları müzakirə edildi", - deyə "Qazprom"un açıqlamasında bildirilir. "Qazprom" hələlik "ArmRosqazprom" şirkətinin 80 faizinə sahibdir.
Ermənistanda təbii qaz hasilatı yoxdur, ölkə tamamilə qaz idxalından asılıdır. 2012-ci ildə "Qazprom" Ermənistana 1,7 milyard kubmetr qaz satıb.