Dövlət Gömrük Komitəsi nəzərdə tutulan büdcə öhdəliyini 126,28 faiz yerinə yetirib-RƏSMİ
9 Mart 2022 15:53 İqtisadiyyatOlaylar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-fevral ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,28 faiz yerinə yetirib. İlkin məlumata görə 820,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 170,84 milyon manat artıq deməkdir. Bu haqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz "twitter" hesabında paylaşım edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31