Qarabağın bərpasına 2 milyarddan çox vəsait xərclənib
9 Mart 2022 14:41 İqtisadiyyatİşğaldan azad edilmiş ərazilərin bərpası üçün 2 milyard 178,4 milyon manat xərclənib."Olaylar" xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. Hesabata görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulmuşdu. Ayrılan vəsaitin 99 faiz-i icra olunub və beləliklə, ərazilərin bərpasına 2 milyard 178,4 milyon manat xərclənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31