Prezidentin xüsusi nümayəndəsi: "Bərdə-Ağdam yolunun inşasına başlanılıb"
6 Mart 2022 20:04 İqtisadiyyatBərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb.
Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" sosial hesabında yazıb.
Emin Hüseynov qeyd edib ki, yolun uzunluğu 45 km, eni 26,5 metrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşa edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31