Yaxın günlərdə Azərbaycanda POS-terminalların sayı 25 minə çatdırılacaq

S. Bu ilin I rübündə ölkə üzrə 7946 POS-terminal quraşdırılıb. "APA-ECONOMICS"in xəbərinə görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə bu terminalların sayı 18 minə çatdırılıb: "Ümumiyyətlə, POS-terminalların sayı 25 minə çatdırılacaq ki, bu da yaxın 15-20 gündə həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31