Duz məhsulları bazarında araşdırmalara başlayıb
4 Mart 2022 11:34 İqtisadiyyatBazarda sağlam rəqabət mühitinin qorunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kompleks tədbirləri davam etdirir.
"OLAYLAR" xəbər verir ki, tədbirlər çərçivəsində duz məhsulları bazarında araşdırmalara başlanılıb. Məqsəd antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və qanunazidd hərəkətlərin qarşısının alınmasıdır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31