“AtaSığorta” ASC-də audit aparılıb

"AtaSığorta" ASC-də 2012-ci ilin yekunları üzrə "Deloitte" Beynəlxalq Audit Şirkəti tərəfindən aparılan audit yoxlaması başa çatıb. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, şirkətin fəaliyyəti üzrə ilin yekunlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına və Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğunluğu barədə müsbət rəy verilib.

Qeyd edək ki, "AtaSığorta" ASC-də 2005-ci ildən etibarən hər il yerli kənar audit yoxlaması ilə yanaşı beynəlxalq audit yoxlaması da həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31