Azərbaycan Ermənistana mavi yanacaq sata bilərmi?
Vüqar Bayramov: “SOCAR-ın bəyanatı xoşməramlı xarici siyasət aparmasının təqdim edilməsi baxımından da əhəmiyyətlidir”
14 İyun 2013 15:08 İqtisadiyyatDövlət Neft Şirkətinin (SOCAR) Ermənistan işğal etdiyi torpaqları azad edəndən sonra bu ölkəyə mavi qazın satıla bilməsi ilə bağlı bəyanatı siyasi arenada müxtəlif cür yozulur. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, sözügedən bəyanatı ciddi qiymətləndirmək lazımdır. Əvvəlla, bu bəyanat heç də SOCAR-ın mətbəxində hazırlanmış bəyanat deyil: belə siyasi yüklü açıqlamanın yüksək dairələrdə razılaşdırılmadan səslənməsi inandırıcı görsənmir. İkincisi, bu bəyanata regionda yaxın gələcəkdə mümkün inteqrasiya və eləcə də bu yaxınlaşma ilə bağlı siyasi iradənin ortaya qoyulması baxımından pozitiv istək kimi yanaşılmalıdır: "Gürcüstandakı hökumət dəyişikliklərindən sonra müşahidə edilən regional tendensiya göstərir ki, bölgədə bayleteralizm siyasəti heç də uzun müddətli dövr üçün səmərəli deyil. Enerji resurslarının ixracatında bir bazadan asılılıq hansı səviyyədə arzuolunan deyilsə həmin resursların nəqlində bir ölkənin dominantlığı o qədər təhlükəlidir. Bu aspektdən, regionun əsas iqtisadi güc mərkəzi kimi Azərbaycanın maltileyeralist siyasət yürütməsi daha məqəsədə uyğundur. Bu ölkəyə uzun müddətli dövrdə və dayanaqlı olaraq Cənubi Qafqazda lider olmasında imkan yarada bilər. Üçüncüsü, bu bəyanat göstərir ki, Azərbaycan Ermənistanın regionda iqtisadi baxımdan sıxışdırılması siyasətini mərhələli olaraq qonşu ölkənin sülhə təşvq edilməsi siyasətinə transfer edir. Bu ölkəmizin qlobal və regional olaraq xoşməramlı xarici siyasət aparmasının təqdim edilməsi baxımından da əhəmiyyətlidir. Nəzərə alaq ki, zaman-zaman müxtəlif qlobal dairələr Azərbaycan və Türkiyəni Ermənistanı blokadada saxladığını ittiham edirlər. Dördüncüsü, sözügedən bəyənat və ya təklif Ermənistandakı bir sıra qüvvələrin və eləcə də bu ölkənin ənənəvi tərəfdaşlarının Azərbaycanla sülhün əldə edilməsi məsələsinə daha ciddi və pozitiv yanaşmasına səbəb ola bilər". Onun sözlərinə görə, həm ekonometrik, həm də geo-politikal hesablaşmalar göstərir ki, Cənubi Qafqazdakı münaqişələr regionun ümumi inkişafına maneə olur. Bu özünü regional layihələrin daha xərcli olması ilə yanaşı, Ermənistanda iqtisadi vəziyyətin regionun digər dövlətləri ilə müqayisədə xeyli dərəcə də ağır olmasında göstərir. Bu baxımdan, SOCAR-ın bəyənatı hətta ən millətçi erməni qrupları da daxil olmaqla Yerevanın sonunu proqnozlaşdıra bilmədiyi və təsiri ölçülə bilməyən siyasi müanqişənin ölçülə biləcək iqtisadi gəlirlərlə əvəzlənə biləcəiyini aydın görməsi deməkdir. Digər tərəfdən, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, amma biz qonşu ölkələrik və məhz buna görə də, münaqişənin tez bitməsi regionun təhlükəsizliyi və inkişafı baxımdan çox əhəmiyyətlidir- təbii ki, münaqişə birmənalı şəkildə yalnız Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində həll edilə bilər: " Unutmayaq ki, nə qədər qəribə görünsə də münaqişə başa çatandan sonra kasıb Ermənistan Azərbaycan üçün yeni bazar olacaq: o cümlədən az nəqliyyat və tranzit xərcləri ilə enerji resurslarının satılması üçün. Nəhayət, bölgədə sülhün əldə edilməsi yalnız regionun iqtisadi inkişafına xidmət etməsi baxımdan deyil, həm də Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin edilməsi və məcburi köçkünlərin və o cümlədən öz doğma torpaqlarımıza qayıtmağımız baxımdan əhəmiyyətlidir. Bunun üçün isə bütün mümkün vasitələrdən istifadə edilməsinə ehtiyac var".
Alim