İqtisadiyyata 100 milyard dollar sərmayə yatırılıb
14 İyun 2013 14:20 İqtisadiyyat2007-2012-ci illər ərzində respublika iqtisadiyyatına 100 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, bunun 60 milyardı daxili ehtiyatlar hesabına baş verib : "Nəticədə 1 milyon 100 mindən çox əlavə iş yerləri yaradılıb ki, onun da 70 faizi ölkənin regionlarında daxili miqrasiyanın əhəmiyyətli dərəcədə azalmasına, işsizliyin səviyyəsinin 11%-dən 5,2%-ə enməsinə səbəb olub". AHİK sədri onu da bildirib ki, hazırda 130 min ailə və yaxud 600 min insan ünvanlı sosial yardım alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31