İnşaat sahəsinə 5,8 milyard manat vəsait yönəldilib
14 İyun 2013 13:57 İqtisadiyyatÖlkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 5.8 milyard manat məbləğində vəsait yönəldilib. Statistika Komitəsindən "Olaylar"a verilən məılumata görə, eyni dövrdə 3.7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb. İnvestisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27.4 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 42.5 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 4.2 milyard manatını və ya 73.4 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 22.3 faiz, xarici investisiya 44.1 faiz yüksək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31