Əhaliyə verilmiş kreditlərin 754.7 milyon manatının ödəmə vaxtı keçib
14 İyun 2013 13:45 İqtisadiyyatCari il may ayının 1-nə maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği 13.5 milyard manata çatıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu göstərici ötən ilin may ayının 1-nə nisbətən 29.2 faiz artıqdır.. Verilmiş kreditlərin 10.0 milyard manatı uzunmüddətli olub, 754.7 milyon manatının ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 32.9 faiz artaraq may ayının 1-nə 5.8 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 3.5 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.3 milyard manata oub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31