4 ayda büdcəyə 6.7 milyard manat vəsait daxil olub

2013-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 6.7 milyard manat vəsait daxil olub. Maliyyə Nazirliyindən verilən məlumata görə  büdcədən 6.2 milyard manat vəsait xərclənib və 410.4 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.4 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 2.8 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 629.5 milyon manatı (10.1 faizi) sosial müdafiə və sosial təminata, 493.6 milyon manatı (7.9 faizi) təhsilə və səhiyyəyə yönəldilib. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 17.6 faizi və ya 1.1 milyard manatı sərf olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31