“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun qəbul edildi
13 İyun 2013 16:43 İqtisadiyyatMilli Məclisin növbədənkənar iclasında "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə millət vəkili, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək bildirib ki, qanun Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Komitə sədri layihə ilə bağlı ikinci oxunuşda millət vəkillərinin səsləndirdiyi təkliflərin nəzərə alındığını deyib. Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31