Dövlət Komissiyasının hazırlıq görüşü keçirilib

Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə

Azərbaycan-Yaponiya İqtisadi Komissiyasının həmsədri, "İtochu" korporasiyasının vitse-prezidenti Yoşihisa Suzuki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının videokonfrans formatında hazırlıq görüşü keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.Görüş zamanı 2022-ci ilin payızında Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının keçirilməsinə qərar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31