Qloballaşma BMT-də müzakirə olundu
23 Aprel 2012 18:03 İqtisadiyyatİqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin Doha şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 13-cü sessiyasında iştirak edib. İnkişafa yönəlmiş qloballaşma: hərtərəfli və davamlı inkişafa doğru" devizi altında təşkil edilmiş sessiyada və tədbir çərçivəsində keçirilən müxtəlif forumlarda ümumilikdə 190-dan çox ölkənin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə yeni iqtisadi meyllər, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrin hərtərəfli və davamlı inkişafının təmin edilməsi məsələlərinə dair müzakirələr aparılıb. Qətərə səfəri çərçivəsində İqtisadi İnkişaf naziri Şahin Mustafayevi Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Tani qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əməkdaşlıq, qarşılıqlı ticarət və investisiya imkanları müzakirə edilib