BP: “Dünyada 56 illik qaz ehtiyatı qalıb”
13 İyun 2013 13:48 İqtisadiyyatİngiltərənin BP şirkəti dünyanın qaz ehtiyatı ilə bağlı yeni hesabatını hazırlayıb. BP Rusiyanın təbii qaz ehtiyatlarının azalmasını proqnozlaşdırıb. Hesabatda dünyanın ən çox təbii qaz ehtiyatı olan ölkə kimi İran göstərilib. "Əl-Aləm" telekanalının məlumatına görə BP hesabatında dünyanın ümumi qaz ehtiyatının 187.3 trilyon kubmetr olduğunu qeyd edib. Bu isə mövcud tələbata əsasən yalnız 56 il üçün dünyaya kifayət edəcək. BP qeyd edir ki, Rusiyanın qaz ehtiyatları 44.6 trilyon kubmetrdən 32.9 trilyon kubmetrə qədər azalıb. İran isə 33.6 trilyon kubmetrlə birinci pilləyə yüksəlib. BP həmçinin, dünyanın neft ehtiyatları ilə bağlı hesabatını da təqdim edib. Hesabatda İran və İraqın neft ehtiyatlarının həcmində artım müşahidə olunduğu qeyd edilir. Hər 2 ölkə müvafiq olaraq dünyanın ən böyük neft ehtiyatına malik 3-cü və 4-cü ölkələri elan olunublar. 1-ci və 2-ci pillədə isə müvafiq olaraq Venesuela və Ərəbistan dayanır. ("OLAYLAR" İA)