DGK yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib - Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib.

Olaylar.az xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.

"İlkin məlumata görə, 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31