5466 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib
9 Fevral 2022 12:01 İqtisadiyyat2021-ci ildə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 283.749 şəxs qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Olaylar"a bildirilib ki, onlara 505.251 sayda xidmət göstərilib, 1642 vergi ödəyicisinin iştirakı ilə 105 görüş keçirilib, 5466 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 18,2 mindən artıq yazılı müraciət cavablandırılıb. Vergi ödəyicilərinə 7,2 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilmiş 8 xidmət (şifahi xidmətlər istisna olmaqla) ümumi xidmətlərin 87,3%-ni təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31