Dövlət Vergi Xidməti sahibkarlarla görüşəcək

Dövlət Vergi Xidməti (DVX) müxtəlif kateqoriyalara aid vergi ödəyiciləri ucun fevralın 8-i tarixində onlayn formatda görüş təşkil edəcək. Xidmətdən "Olaylar"a verilən məlumata görə, görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və müvafiq izahlar veriləcək. Zoom platforması üzərindən təşkil olunacaq görüşdə 100-dək vergi ödəyicisinin iştirakı gözlənilir. Vergi ödəyiciləri görüşdə iştirak etmək üçün qeyd olunan tarixdə saat 14:30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat həmçinin "Telegram" üzərindən də mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31