Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirilib – FOTO
25 Yanvar 2022 19:55 İqtisadiyyatBu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Olaylar.az bildirir ki. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31