Bakı-Rusiya avtomobil yolunda tikintinin tamamlanacağı tarix bəlli oldu - RƏSMİ

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisinin 2023-cü ilin əvvəlinədək başa çatması planlaşdırılır.

Bunu   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan yolun tikintisinə 2018-ci ildə başlanılıb. 30 kilometr uzunluğunda olan birinci hissədə yolun hərəkət hissəsinin çəkilişi artıq başa çatıb. Hazırda 30-cu kilometrdən 90-cı kilometrədək olan hissədə tikinti işləri davam etdirilir. Eyni zamanda, 90-cı km-dən 150-ci km-ə kimi hissədə də yol praktiki olaraq çəkilib. Yol istifadəyə verildikdən sonra Bakıdan Rusiya ilə sərhədə qədər olan məsafə 208 kilometrdən 192 kilometrə enəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31