Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək
11 Yanvar 2022 18:50 İqtisadiyyat2022-ci ilin yanvar ayında Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən "Coronavac" vaksini gətiriləcək.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza "Sinovac" şirkətinə məxsus "Coronavac" vaksininin gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada "Coronavac", "Sputnik V" və "Pfizer" vaksinlərindən istifadə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31