Azərbaycanda UNUN qiyməti ilə bağlı YENİ QƏRAR VERİLDİ
6 Yanvar 2022 21:14 İqtisadiyyatİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını açıqlayıb.
Xidmət məntəqələrin siyahısını təqdim edib:
Bildirilib ki, qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir.
İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər:
Qeyd olunur ki, istehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin, əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31