Çində Azərbaycan ticarət bölməsi fəaliyyətə başlayıb
5 Yanvar 2022 14:23 İqtisadiyyatÇinin Hubey əyalətinin Vuhan şəhərində "G-Hub" ticarət mərkəzində Azərbaycan ticarət bölməsi fəaliyyətə başlayıb. Ticarət bölməsində "Made in Azerbaijan" brendi altında ölkəmizdə istehsal olunan qida və içki sənayesinə aid olan məhsulların satışı həyata keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi ilə "G-Hub" ticarət mərkəzinin daxil olduğu "Greenland Group" şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, Çinin müxtəlif şəhərlərində açılan "G-Hub" ticarət mərkəzlərində Azərbaycan ticarət bölmələri də fəaliyyətə başlayır. Vuhan şəhərində fəaliyyətə başlayan ticarət bölməsi sayca 4-cüdür, daha öncə Şanxay, Harbin və Cinan şəhərlərində də Azərbaycan ticarət bölmələri açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31