Mağazalarda vaxtı keçmir ərzaq məhsulları satışdan çıxarıldı
23 Aprel 2012 17:51 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi, ev 19, mənzil 1 ünvanında yerləşən "Vüqar market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Suraxanı rayonunda Bülbülə qəsəbəsindəki İmran Tağıyevə və Tofiq Abdullayevə məxsus mağazalarda; 2-ci Mədən küçəsində Fatmanisə Həsənovaya məxsus mağazada; Əmircan qəsəbəsindəki "Lider market"də və Rəşad Baloğlanova məxsus mağazada;Sabunçu rayonunda Kürdəxanı qəsəbəsindəki "Orxan market"də və Şəmsi Qəmbərova məxsus mağazada; Sabunçu qəsəbəsində yerləşən "Texas market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır. Sumqayıt şəhərində 2-ci mikrorayon, H.Əliyev prospekti, ev 22/57 ünvanında Cuma Şirinova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir. Mingəçevir şəhərində Xocalı küçəsi, 2 ünvanında Rüstəm Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır. Masallı şəhərində 20 Yanvar küçəsində Arifə Yaqubovaya məxsus mağazada; Quba şəhərində 22-ci məhəllədə Mahir Əskərova məxsus mağazada; Yevlax şəhərində H.Əliyev prospektində Famil Bağırova məxsus mağazada; Daşkəsən şəhərində T.İsmayılov küçəsində Gülarə Əliyevaya və Əziz Həsənova məxsus mağazalarda; Tovuz rayonunda Aşağı Quşçu kəndində Mahir Kazımova məxsus mağazada; Füzuli rayonunda Bala Bəhmənli kəndində Kənan Hüseynova məxsus mağazada; Şəmkir rayonunda Bayramlı kəndində Nazim Cəfərova və Babək Qarayevə məxsus mağazalarda isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.